Saadi əl Qəddafi həbsxanada belə döydülər – VİDEO

4-08-2015, 10:36           


Liviya Prokurorluğu internetdə sabiq Liviya lideri Müəmmər Qəddafinin oğlunun Tripoli həbsxanasında döyülməsini əks etdirən videogörüntünün yayılmasından sonra araşdırmalara başlayıb.

Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir. Görüntülərdə hüquq-mühafizə orqanları əməkdaşlarının 42 yaşlı Saadi Qəddafini sifət nahiyəsindən vurmaları əks olunur. Daha sonra polislər onun ayaqlarını boruya bağlayaraq döyürlər.

Tripoli prokuroru məsuliyyətə cəlb etmək məqsədilə videoda əks olunan hüquq-mühafizə orqanları əməkdaşlarını tapacağını açıqlayıb.

`Human Rights Watch` təşkilatı belə bir videonun yayılmasından sonra öz narahatlığını bildirib. Qurumun Yaxın Şərq üzrə direktorunun müavini Co Storkun sözlərinə görə, video `Əl-Hadba` həbsxanasında saxlanılan Saadi əl Qəddafi və digər saxlanılan şəxslərin sorğulanması zamanı istifadə olunan metodlara dair ciddi narahatlıq doğurur`.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.