İŞİD-in Rusiyadakı ən fəal agenti deşifrə edildi

4-08-2015, 19:21           
İŞİD-in Rusiyadakı ən fəal agenti deşifrə edildi

Rusiya xüsusi xidmət orqanları İŞİD-ə Rusiyadan döyüşçülər göndərən şəxsin kimliyini müəyyənləşdirib. GUNDEMİNFO.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Layfnyus” (“LifeNews”) saytı yayıb.

İŞİD-in Rusiyadakı ən fəal şəxsinin ləqəbi Topal Əhməddir. Çeçen əsilli bu şəxs Moskva, Peterburq və Şimali Qafqazda İŞİD üçün döyüşçülər seçərək, onların Türkiyə vasitəsilə Suriyaya göndərilməsini təmin edir. Sayt həmçinin Topal Əhmədin hazırda azadlıqda olduğunu da bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.