Ağlasığmaz vəhşilik: Rusiyada evdə ana və 6 uşağının hissələrə ayrılmış meyiti tapılıb

4-08-2015, 20:17           
Ağlasığmaz vəhşilik: Rusiyada evdə ana və 6 uşağının hissələrə ayrılmış meyiti tapılıb
Rusiyada evdə ana və 6 uşağının hissələrə ayrılmış meyiti aşkarlanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə Nijni Novqorodda baş verib.
Qeyd edək ki, bir müddət öncə Rusiya İstintaq Komitəsi Nijni Novqorodda 8 nəfərlik (ata, ana və 6 uşaq) ailənin yoxa çıxması barədə məlumat yayıb. Həmin ailəyə məxsus mənzilə baxış keçirilərkən hissələrə ayrılmış meyitlər tapılıb. Lakin onların sayı rəsmən açıqlanmır.
Nijni Novqorodun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, tapılan meyitlərin ana və uşaqlara aid olduğu istisna edilmir.
Hazırda polis ailə başçısını axtarır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.