Həsən Ruhanidən erməni ailəyə milad ziyarəti – Borcumuzdur (FOTO)

26-12-2017, 17:16           

İran İslam respublikasının prezidenti Həsən Ruhani İran – İraq müharibəsində dünyasını dəyişən erməni əslli əsgərin ailəsini ziyarət edib.

Tendensiya.com-un xəbərinə görə, bu barədə prezidentin rəsmi internet səhifəsində məlumat və foto yayılıb.

Məlumatda bildirilir ki, prezident Həsən Ruhani İran – İraq müharibəsində övladını itirən ailəni ziyarət edib. İran xalqının müharibədə həlak olanları unutmayacağını deyən Ruhani, bu ziyarətə görə şad olduğunu ifadə edib.

“Bu axşam etdiyim bu ziyarətə görə, çox şadam. Bu bizim borcumuzdur və şəhid ailələri üçün edə biləcəyimizin ən kiçiyidir. Siz övladınızı bu ölkənin müdafiəsi üçün bağışladınız.” – deyə Ruhani bildirib.

Erməni ailəni milad bayramı münasibəti ilə də təbrik edən Həsən Ruhani, yolka ağacı ilə çəkdirilən şəklini rəsmi internet səhifəsində paylaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru