Venesuelanın Braziliyadakı müvəqqəti işlər vəkili arzuolunmaz şəxs elan edilib

27-12-2017, 08:56           
Venesuelanın Braziliyadakı müvəqqəti işlər vəkili arzuolunmaz şəxs elan edilib
Braziliyanın Xarici İşlər Nazirliyi Venesuelanın bu ölkədəki müvəqqəti işlər vəkili Herardo Antonio Delqado Maldonadonu arzuolunmaz şəxs elan edib.

"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, müvafiq qərar rəsmi Karakasın Braziliyanın Venesueladakı səfirini və və Kanadadakı müvəqqəti işlər vəkilini arzuolunmaz şəxs elan etməsinə cavab olaraq qəbul edilib.

Daha əvvəl Venesuelanın Konstitusiya Assambleyasının sədri Delsi Rodriqes bildirib ki, Braziliyanın Karakasdakı səfiri Ruy Pereyru və Kandadakı müvəqqəti işlər vəkili Kreyba Kovalik arzuolunmaz şəxslər elan ediliblər.

O, bildirib ki, bu qərarlar Kanadanın Venesuelanın daxili işlərinə müdaxilə etməsi ilə əlaqədar qəbul olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.