Rusiyanın Kemerovo vilayətinin qubernatoru istefa verib

1-04-2018, 10:53           
Rusiyanın Kemerovo vilayətinin qubernatoru istefa verib
Ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verdiyi Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə postunu tərk edir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü regional administrasiyanın məlumatında deyilir.

"Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib", — deyə vilayət administrasiyasının mətbuat xidməti bildirib.

"Zimnaya vişnya" ticarət mərkəzində yanğın martın 25-də baş verib. Faciə nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.