İran-İraq sərhədində zəlzələ - 5.4 bal 1-04-2018, 15:14 İran-İraq sərhədində 5.4 bal gücündə zəlzələ baş verib.Axar.az xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında deyilib.Yeraltı təkanlar Bağdad şəhərinin 170 kilometr şimal-şərqində baş verib. Zəlzələnin ocağı yerin 52 kilometr dərinliyində qeydə alınıb.Həlak olan və ya xəsarət alanların olması barədə informasiya verilməyib. Facebook-da paylaş