İranda zəlzələ: 23 nəfər xəsarət alıb (YENİLƏNİB)

1-04-2018, 20:43           

İranın qərbində baş vermiş 5,3 bal gücə malik zəlzələ zamanı 23 nəfər xəsarət alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Tasnim" agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, onlara ambulatior tibbi yardım göstərilib. Qeyd edək ki, bu gün İranda 5,3 bal gücündə zəlzələ olub.

Zəlzələnin episentri İranın İlam şəhərindən 89 kilometr şimal-qərbdə, Sarpol-e-Zahabidən 25 kilometr cənubda və İraqın paytaxtı Bağdaddan 163 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

***14.26

İranın qərbində 5,3 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ Kirmanşah bölgəsində qeydə alınıb.

İlkin məlumata görə, ölən və yaralanan olmayıb.

Qeyd edək ki, ötən ilin noyabr ayında baş vermiş 7,3 bal gücündə zəlzələdə 530 nəfər dünyasını dəyişmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru