ABŞ generalından etiraf: Gücümüz çatmır, geri çəkilirik

2-04-2018, 10:49           

ABŞ terrora qarşı yeganə qüvvə kimi mübarizə aparmaq iqtidarında deyil.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dəniz Piyadaları korpusunun komandanı general Robert Neller deyib.

“Dünya böyük bir yerdir, buna görə də beynəlxalq təhlükəsizlik strategiyamızda mütəffiqlər qazanmağımız vacibdir. Terrorla təkbaşına mübarizə aparmayacağıq, buna gücümüz çatmaz. Ancaq digər ölkələrə terrorla mübarizə məsələsində kömək edə bilərik”, - general bildirib.

Neller əlavə edib ki, ABŞ Nigeriya, Qərbi Afrika dövlətləri və başqa ölkələrin İŞİD-ə qarşı mübarizəsində İngiltərə, Fransa və İtaliya ilə işbirliyi qurub, lakin bu, müvəqqətidir:

“ABŞ gec-tez bu bölgələri tərk edəcək. Belə olan halda həmin ölkələr öz təhlükəsizliklərini təmin etməyə məcbur qalacaqlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru