İlon Mask “Tesla”nı müflis elan etdi

2-04-2018, 17:18           

Milyarder İlon Mask “Tesla” maşınqayırma şirkətinin müflis olduğunu elan edib.

Oxu.Az xəbər verir ki, o, bu barədə öz “Twitter” hesabında yazıb.

“Tesla” tamamilə müflis olub. İflasın hansı səviyyədə olduğunu təsəvvür edə bilməzsiniz”, - deyə o qeyd edib.

Növbəti “twit”ində o, “İlon huşsuz vəziyyətdə “Teslakillı” şüşələri ilə “Tesla Model 3”-də tapılıb. Yanaqlarında qurumuş gözyaşları vardı”, - deyə bildirib. Hətta bu səhnəni əks etdirən foto da paylaşıb.

Bu “twit”lərlə izləyiciləri ilə bir aprel zarafatı edən milyarder həm də “Tesla Motors”un 123 min “Model S” avtomobilinin 30 martda geri çağırılmasına cavab verib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.