Yunanıstan diplomatları qovdu, Lavrov səfəri ləğv etdi – Siyasi böhran

19-07-2018, 21:19           
Yunanıstan diplomatları qovdu, Lavrov səfəri ləğv etdi – Siyasi böhran
Yunanıstanın daxili işlərinə qarışdığı iddiası ilə 4 rus diplomat bu ölkədən qovulub.

Teref.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu səbəblə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Yunanıstana edəcəyi səfəri ləğv edib.

Həmçinin, Rusiya prezidenti Vladimir Putin bu addıma sərt cavab veriləcəyini bildirib.

Rusiya XİN-in sözcüsü Mariya Zaxarova isə Yunanıstana bəzi qərb dövlətləri tərəfindən təzyiq edildiyini və “çirkli oyuna” çəkildiyini söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.