Elm dünyasında yenilik: Marsda su tapıldı

25-07-2018, 22:15           
Elm dünyasında yenilik: Marsda su tapıldı

Elm adamları Marsın cənub qütbündə yerləşən buzlaqların 20 kilometr dərinliyində bir göl olduğunu bildiriblər. Bu Marsda daimi su mənbəyi olduğuna dair ilk sübut hesab olunur.

Moderator.az xəbər verir ki, daha öncə aparılan araşdırmalarda Marsda su olduğuna dair izlərə rast gəlindiyi qeyd edilsə də, bu kəşf planetdə daimi su mənbəyi olduğuna dair ilk fakt kimi tarixə keçib.

Qeyd edək ki, göl yataqlarının keçmişdə Marsın səthində olduğu ehtimal edilir. Elm adamları planetdə su mənbəyinin mövcudluğunu sübut edərək Marsda həyat olma ehtimalını də yenidən gündəmə gətirəcəklərini qeyd ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru