Onun ayağının altındakı qumu da satırlar

14-08-2018, 07:41           
Onun ayağının altındakı qumu da satırlar
Hazırda "Avito" saytında bu elan mövcud deyil. Elanın məhsulun alınması səbəbindən, yoxsa göstəriş əsasında götürüldüyü bilinmir

BAKI, 13 avqust — Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedevin Kamçatkaya səfəri zamanı üzərində gəzdiyi qara qum satış çıxarılıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir elan “Avito” saytında yerləşdirilib.

Qumun olduğu şüşə bankanı Petropavlovsk– Kamçatka sakini satışa çıxarıb. Onun dəyəri 100 min rubldur.

Sosial şəbəkələrdə isə istifadəçilər bu elana yumorla yanaşıb.

Hazırda "Avito" saytında bu elan mövcud deyil. Elanın məhsulun alınması səbəbindən, yoxsa göstəriş əsasında götürüldüyü bilinmir.

Qeyd edək ki, Rusiya baş naziri Kamçatkada Uzaq Şərqin və Baykal regionunun sosial-iqtisadi inkişafına dair komissiyanın iclasında iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru