Merkel Bakıya niyə gəlir? - Almaniyalı politoloqun şərhi

15-08-2018, 17:50           
Merkel Bakıya niyə gəlir? - Almaniyalı politoloqun şərhi
“Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana səfəri çətin ki, hansısa yeni xəbərlər gətirsin. Vaxtilə Almaniya şərq qonşuları ilə qarşılıqlı münasibətlərdə səhvlər buraxıb”
AzVision.az xəbər verir ki, bunu almaniyalı tanınmış politoloq Aleksandr Rar deyib. Onun sözlərinə görə, Merkelin 23 avqustda Tbilisiyə, ayın 24-də İrəvana və 25 avqustda isə Bakıya səfəri daha çox bir növ hesabat xarakterli olacaq.

“Merkel Avropa İttifaqında başlıca ölkələrdən olan Almaniyanın rəhbəridir. Avropa İttifaqının şərq tərəfdaşlarına münasibətdə siyasətinin formalaşdırılmasında Almaniya hansısa şəkildə iştirak etməlidir. Çünki “Şərq Tərəfdaşlığı” dalana dirənib və bilinmir ki, bu layihə hansı istiqamətə hərəkət edir. Hələ Ukrayna, Belarus və Moldova da var. Odur ki, xanım Merkelin postsovet məkanına getməsi zərurətdən irəli gəlir. Amma bu səfərdən ciddi qərarlar gözləmək lazım deyil”, – deyə, Rar bildirib.

Almaniyalı politoloqun fikrincə, Merkelin Cənubi Qafqaza səfərinin ən başlıca məqsədi region ölkələrini bundan sonra da Avropa İttifaqı ilə əməkdaşlıq etmələrinə razı salmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru