Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı - VİDEO

16-08-2018, 10:34           
Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı - VİDEO
Ermənistanda çağırışçıların xidmətdən azad edilməsi üçün külli miqdarda rüşvət alınması faktının üstü açılıb. Bir neçə nəfər saxlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş Prokurorluğun mətbuat xidməti yayıb.
İstintaq zamanı müəyyən edilib ki, Milli Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı çağırışçının atasından əsgərlikdən möhlət almaq və xidmədən azad edilməsi üçün 15 000 dollar alıb. Nəticədə iki nəfər A.A və Ş.Q adlı şəxslər həbs edilib.

Eyni zamanda “N” saylı hərbi komissarlığın rəisi çağırışçının atasından 19 min dollar alıb. İşdə həm də bir neçə oxşar epizod mövcuddur. Komissarlığın rəisi tutulub və faktla bağlı saxlanılan digər şəxs isə başqa yerə getməmək haqqında iltizam altında buraxılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru