NATO-dan Putinə cavab: Rusiya üçün təhlükə...

22-08-2018, 22:09           
NATO-dan Putinə cavab: Rusiya üçün təhlükə...
Bizim hərəkətlərimiz müdafiə və proporsional xarakter daşıyır, Rusiya üçün təhlükə törətmir.

Axar.az xəbər verir ki, bunu NATO rəsmi nümayəndəsi Oana Lunqesku deyib.

“NATO qüvvələri nə Rusiya, nə də başqa bir ölkə üçün təhlükə törətmir. Bizim hərəkətlərimiz götürdüyümüz beynəlxalq öhdəliklərə tam cavab verir”, - Lunqesku bildirib.

Onun sözlərinə görə, Krımın Rusiyaya qanunsuz birləşdirilməsinə qədər NATO-nun qüvvələrini şərqə öndərmək kimi planı olmayıb:

“İşğala, eləcə də Rusiyanın Şərqi Ukraynada vəziyyəti ağırlaşdırmağa davam etməsinə cavab olaraq Barentsdən Qara dənizə kimi Alyansın şərq sərhədlərinə cəmi 4 min hərbçi yerləşdirməyə qərar verdi. Bu qüvvələr Rusiyanın yeritdiyi diviziyalarla müqayisəyə belə gəlməz.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin NATO-nun Rusiya sərhədlərinə kifayət qədər yaxınlaşdığını və buna görə də, hərbi infrastrukturu genişləndirmək lazım olduğunu demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru