Bağdadi yenə peyda oldu - İŞİD liderinin səs yazısı ortaya çıxdı

23-08-2018, 17:53           
Bağdadi yenə peyda oldu -  İŞİD liderinin səs yazısı ortaya çıxdı
Rəsmi qurumlar tərəfindən ağır yaralandığı və daha sonra öldüyü bildirilən İŞİD terror təşkilatının lideri Əbu Bəkir Əl-Bağdadinin yeni səs yazısı ortaya çıxıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, səsyazmada Bağdadi ABŞ və Türkiyə arasındakı gərginlikdən və rahib Endryu Bransondan danışıb. Müxtəlif mövzularda açıqlamalar verən İŞİD lideri sonda müsəlmanları cihada çağırıb.

Bildirilir ki, sonuncu dəfə 2017-ci ildə səs yazısı yayılan Bağdadinin ABŞ-Türkiyə münasibətlərindən danışması səsyazmasnın yeni olduğunu göstərir. Rəsmilər isə bu səsin ona aid olub-olmadığını araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru