Direktor müəlliməni görün, nə səbəbə görə üçün işdən qovdu - FOTO

23-08-2018, 23:08           
Direktor müəlliməni görün, nə səbəbə görə üçün işdən qovdu - FOTO
Rusiyanın Yekaterinburq şəhərində orta məktəblərin birində maraqlı hadisə yaşanıb.

Məktəbdə müəllim işləyən Viktoriya Demeşkina adlı qadın sosial şəbəkə hesabındakı paylaşımları səbəbindən işdən xaric edilib.


Bunu üzə çıxaran isə uşaqlardan birinin valideyni olub. Müəllimin fotolarını görən valideyn onun geyiminin və üz ifadəsinin seksə təşviq etdiyini düşünürək, şikayət edib.

Şikayətdən sonra məktəb rəhbərliyi müəllimdən sözügedən fotoları sosial şəbəkə hesabından silməsini tələb edib, lakin müəllim bu tələbi yerinə yetirməyib. Bu səbəbdən onun müəllimlik fəaliyyətinə son verilib.

"Fotolarım sadəcə həyatımdakı anlarımı göstərir. Bundan başqa nəyəsə təşviq etmir. Bu, mənim şəxsi həyatımdı və heç kim müdaxilə edə bilməz", - deyə işdən qovulan müəllim deyib.

Valideyn isə ittihamlarını bu şəkildə müdafiə edib: "Fotolarını "Instagram"da gördüm və çoxu seksə təşviq edirdi. Baxışları, geyimi uşaqlara mənfi yöndə təsir edə bilər".

İşdən qovulan müəllim hazırda yeni iş təklifi gözləyir.(qaynarinfo)














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.