«Ukrayna ərazi bütövlüyünü qoruduğu anlarda ABŞ onun yanında olacaq» – Tramp Ukraynanı təbrik edib

24-08-2018, 07:10           
«Ukrayna ərazi bütövlüyünü qoruduğu anlarda ABŞ onun yanında olacaq» – Tramp Ukraynanı təbrik edib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Ukraynanın müstəqilliyi günü münasibətilə Prezident Pyotr Poroşenkonu təbrik edib.

«Ukrayna beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər daxilində öz suverenliyini və ərazi bütövlüyünü qoruduğu anlarda ABŞ həmişə onun yanında olacaq» – deyə, Trampın teleqramında xəbər verilir. Teleqramın mətni Ukrayna Prezidentinin saytında dərc elilib.

Tramp həm də diqqəti «Ukraynanın inkişaf edən iqtisadiyyatına və güclü silahlı qüvvələrinə yönəldib» və qeyd edib ki, ABŞ hökuməti Ukrayna ilə işləməyi davam etdirəcək və demokratik təsisatların, qanunun aliliyinin möhkəmləndirilməsi, korrupsiya ilə mübarizə və iqtisadi artımın stimullaşdırılması işlərində bu ölkənin səylərini dəstəkləyəcək.

Qeyd edək ki, Ukrayna Müstəqillik gününü avqustun 24-ə qeyd edəcək.
azpolitika












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.