Rusiya daha çətin günlərə hazırlaşır: Qızıl ehtiyatını artırır

24-08-2018, 10:32           
Rusiya daha çətin günlərə hazırlaşır: Qızıl ehtiyatını artırır
Rusiya mümkün sanksiyalara hazırlıq məqsədilə kifayət qədər qızıl alıb və bunu davam etdirir.

Cebhe.info xəbər verir ki, bu barədə “Bloomerg” məlumat yayıb. Beynəlxalq Valyuta Fondundan əldə edilən bilgiyə görə, avqust ayı ərzində Rusiya Mərkəzi Bankı 26,1 ton qiymətli metal alıb. Beləliklə, ölkənin qızıl ehtiyatı 2170 tona yüksəlib.

Nəşrin qeyd etdiyi kimi, qızıl hüquqi və siyasi risklərdən 100 faizli zəmanət hesab edilir. Bu ilin may ayında yayılan rəqəmlərə görə, Rusiya qızıl ehtiyatına görə Çini də üstələyib və 5-ci yerdə qərar tutub. Son1 0 ildə bu ölkənin qızıl ehtiyatı 1000 ton artıb. Bunun 850 tonu son 4 ildə əldə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru