Almanlar işləyən və oxuyan qaçqınların deportasiya ediməsinə qarşıdırlar – SORĞU

24-08-2018, 12:04           
Almanlar işləyən və oxuyan qaçqınların deportasiya ediməsinə qarşıdırlar  – SORĞU
Almanlar sığınacaq istəyi rədd edilən ancaq, oxuyan və işləyən qaçqınların ölkədə qalması üçün yeni bir qanunun qəbul edilməsini vacib sayırlar. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyada fəaliyyət göstərən “İnsa” sorğu mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, sorğuda iştirak edənlərin əksəriyyəti uğurlu inteqrasiya keçən və işləyərək dövlətə fayda verən qaçqınların deportasiya edilməsinə qarşı olduqlarını ifadə ediblər. Daha dəqiq desək, sorğuda iştirak edənlərin 58 %-i onların deportasiyasına qarşı olduqlarını, 31 %-i isə əksinə – sığınacaq istəyi rədd edilənlərin tez bir zamanda ölkədən çıxarılmasının vacib olduğunu bildiriblər.

Bu arada , son rəsmi rəqəmlərə görə, may ayında Almaniyada çalışan qaçqınların sayı keçən ilin eyni dövrünə görə 100 min artaraq 306.574-ə çatıb. Bu ilin iyul ayında Almaniya Federal İş Agentliyinə müraciət edən sığınacaq axtaranların sayı 482 min olaraq qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.