ABŞ ən ağır zərbəni ərəblərə saxladı – 4 trilyon dollar

24-08-2018, 13:00           
ABŞ ən ağır zərbəni ərəblərə saxladı – 4 trilyon dollar
ABŞ-ın iqtisadi həmlələrinin növbəti hədəfi ərəb ölkələri ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” yazıb.

Məlumata görə, başda BƏƏ və Səudiyyə Ərəbistanı olmaqla ərəb ölkələrinin ABŞ və Böyük Britaniya banklarında 4 trilyon dollara yaxın vəsaiti saxlanılır. Bir çox ölkələrə qarşı əlavə vergi tətbiq etməklə təzyiq göstərən ABŞ ərəb ölkələrinə qarşı isə banklarda saxlanılan vəsaitdən istifadə edə bilər.

Bildirilir ki, 11 sentyabr və 2008-ci il böhranında olduğu kimi ABŞ yenidən ərəb ölkələrinin hesablarına girişini ləğv edə bilər. Bu zaman isə nə Səudiyyə Ərəbistanının, nə də BƏƏ-nin edə biləcəyi nəsə yoxdur. Burada söhbət təkcə neft sahəsindən əldə olunan pullardan deyil, eyni zamanda birjalardakı qiymətli kağızlardan, şirkət səhmlərindən də gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.