ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları məlum oldu - Nələr var?

24-08-2018, 22:20           
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları məlum oldu - Nələr var?
Vaşinqton Rusiyaya qarşı yeni sanksiyaların birinci hissəsini açıqlayıb.

BakuPost.az-ın məlumatına görə, ABŞ hökumətinin rəsmi sənədində bildirilir ki, yeni sanksiyalar "Skripalların işi” ilə bağlıdır və kreditləşmə, habelə bir sıra malların ixracına aiddir.

Yeni qadağalar humanitar yardım, ərzaq malları və kənd təsərrüfatı malları istisna olmaqla, ABŞ-ın istənilən sahədə Rusiyaya yardımı yasaqlayır.

Bundan əlavə ABŞ istehsalı silahının və ikili təyinat məhsullarının satış lisenziyalarının Rusiya şirkətlərinə verilməsinə qadağa qoyulur.

Sanksiyaların digər hissəsinin noyabrda açıqlanacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru