Makkeyn xərçəng xəstəliyinin müalicəsindən imtina edib

25-08-2018, 07:55           
Makkeyn xərçəng xəstəliyinin müalicəsindən imtina edib
Amerikanın beyin xərçəngindən əziyyət çəkən respublikaçı senatoru Con Makkeyn müalicəsini terminal mərhələdə dayandırmaq qərarına gəlib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun ailəsinin bəyanatında deyilir.

"Şiddətlənən xəstəlik və amansız yaşlanma öz hökmünü verdi. O, öz istəyi ilə müalicəni dayandırmaq qərarına gəldi", - deyə müraciətdə bildirilir.

Bəyanatda qeyd olunur ki, 81 yaşlı senator artıq həkimlərin onun nə qədər ömrü qalması ilə bağlı gözləntilərini geridə qoyub.

Con Makkeynin xərçəng xəstəliyinə yoluxması barədə rəsmi məlumat 2017-ci ildə yayılıb. Onun beyin xərçənginin aqressiv şəkli olan qlioblastomadan əziyyət çəkdiyi iddia olunurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru