İran bəzi OPEC ölkələrini ABŞ-a işləməkdə ittiham edib

25-08-2018, 08:07           
İran bəzi OPEC ölkələrini ABŞ-a işləməkdə ittiham edib
İranın neft naziri Bijan Namdar Zanqane bildirib ki, OPEC-in bəzi üzvləri təşkilatın neft hasilatının həcmi ilə bağlı olan son qərarlarını təhrif edərək, öz hərəkətlərini Vaşinqton ilə əlaqələndirirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın "Khaneye Mellat" agentliyi məlumat yayıb.

"Bəzi iştirakçılar OPEC-in neft hasilatı ilə bağlı son qərarlarını özünəməxsus şəkildə şərh edirlər….və ABŞ-ın maraqları çərçivəsində hərəkət edirlər", - deyə agentlik Zanqanenin sözlərini sitat gətirib.

O əlavə edib ki, "bu problemi müzakirə etmək üçün OPEC-in iclasını çağırmaq lazımdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru