İsrail şərt qoydu: Girovları azadlığa buraxsalar...

25-08-2018, 08:36           
İsrail şərt qoydu: Girovları azadlığa buraxsalar...
Qəzzada uzunmüddətli atəşkəsin təmin edilməsi üçün HƏMAS-ın girov götürdüyü israillilər azadlığa buraxılmalıdır.

Bunu İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. O bildirib ki, bu məsələ misirli vasitəçilər tərəfindən dəfələrlə dilə gətirilib:

“Sükunəti qorumaq istəyirik. Lakin lazım gəldikdə hərbi əməliyyat təşkil edib, Qəzzanın tək iqtisadi qapısı olan Kərm Əbu Salimi də bağlayacağıq”.

Qeyd edək ki, rəsmi Təl-Əviv HƏMAS-ın 4 israillini girov götürdüyünü iddia edir.

Hərəkat rəhbərliyi isə girovların aqibəti ilə bağlı məlumat vermir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru