ABŞ Suriyaya yeni zərbələr vurmağa hazırdır – MƏNBƏLƏR

25-08-2018, 09:29           
ABŞ Suriyaya yeni zərbələr vurmağa hazırdır – MƏNBƏLƏR
Dəməşq kimyəvi silah tətbiq edəcəyi halda, Vaşinqton Suriyanın hökumət güclərinə yeni və daha güclü zərbəni vurmağa hazırdır.

Publika.az xəbər verir ki, dörd mənbəyə istinadən “Blomberg” agentliyinin məlumatına görə, bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib.

Mənbələrin məlumatına görə, Bolton belə bəyanatı Cenevrədə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşün gedişatında səsləndirib. Agentliyin mənbələrinin sözlərinə görə, Amerika hakimiyyəti iddia edir ki, onlarda Suriya ordusunun ərazilərin azad edilməsi zamanı kimyəvi silah tətbiq etdiyinə dair informasiyalar var.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya və Fransa aprelin 14-də Suriya ordusunun obyektlərinə raket zərbələri endirib. Vaşinqton, London və Paris Dəməşqi Duma şəhərində kimyəvi silah tətbiqində ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru