İmişlidə Sabir adına «bataqlıq»-FOTOLAR

7-04-2015, 12:11           
İmişlidə Sabir adına «bataqlıq»-FOTOLAR
Azərbaycanda hər bir rayona milyonlarla manat vəsait ayrılır. Ki, icra başçıları tenderlər keçirərək, abadlıq işləri aparsınlar. Di gəl, icra başçıları bu işləri ya baş-ayaq görürlər, ya da daha çox pul qazanmaq yarışına giriblər.

JAM.AZ xəbər verir ki, İmişlidə də vəziyyət dəyişməzdir. Rayonun icra başçısı Vilyam Hacıyev abadlıq əvəzinə, İmişlini viran qoymaqla məşğuldur. Bir müddət əvvəl rayonun mərkəzindəki yaşıllıqları məhv edərək, yerində ticarət obyektləri tikidirmək üçün addım atmaqla gündəmə gələn rayon rəhbərinin adı sonradan Şəhidlər Xiyabanını satmaq qalmaqalına qarışmışdı.

İmişlidə Sabir adına «bataqlıq»-FOTOLAR

Bu dəfə isə ortaya çıxan fotolar rayonun mərkəzindəki parkın vəziyyətini göstərir. JAM.AZ xəbər verir ki, şəkillərdə görünən ərazi İmişli rayonundakı Sabir adına parkdır. Burada vəziyyət o qədər acınacaqlıdır ki, maşınlar belə keçə bilmirlər. Hətta gündə bir neçə avtomobil bataqlığa düşdüyü üçün insanların yardımı ilə oradan çıxarılır.

Rayon camaatı isə deyir ki, icra başçısı Vilyam Hacıyev bu yerləri görmür. Çünki başı başqa işlərə qarışıb. Daha doğrusu, onun belə «xırda işlərə» baş qoşmağa vaxtı yoxdur.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.