"Operativ qərargah bütün tərkibi ilə istefa verməli və yenidən təşkil edilməlidir."

21-06-2020, 00:16           
"Operativ qərargah bütün tərkibi ilə istefa verməli və yenidən təşkil edilməlidir."
İqtisadçı alim Qubad İbadoğlu sosial şəbəkələrdə sərt mövqe sərgiləyib. Qubad İbadoğlu yazır:
Bu günə qədər əhalini virusun mövcudluğuna inandıra bilməyən operativ qərargah bütün tərkibi ilə istefa verməli və yenidən təşkil edilməlidir.

Əks təqdirdə bu dəfəki sərt karantin rejimi də ciddi effekt verməyəcək.

İlk növbədə insanlar arasında inamsızlığı aradan qaldırmaq və ehtiyacı olanların sosial təminatını təşkil etmək lazımdır.

Dünən 438, bu gün 471 yeni yoluxma, 2 gündə 909 yoluxma.
Bu o deməkdir ki, polis zorakılığı ilə hələ uzun müddət yaddaşlarda qalacaq 6-7 iyun tarixli sərt özünütəcrid rejimində olan karantin rejimi ilə bağlı Nazirlər Kabinetinin Operativ Qərargahının qərarı düzgün olmayıb. Deməli, əsas karantin rejimi deyil, karantin davranışları və mədəniyyətidir. Təəssüflər olsun ki, 2 ay 20 gündür ki, ən vacib olan bu vəzifələrin həllinə nail ola bilmədik. Çünki, hakimiyyətin hədəf bu olmadı.Hədəf əvvəl də başqa idi, indi də başqadır. Virusla mübarizə belə aparılmır. Onun üçün strateji yanaşma olmalıdır, alqoritm qurulmaldır, bütün addımlar bir-birləri ilə əlaqələndirilməli və sonda da bir-birini tamamlamalıdır. Bu isə mütərəqqi ölkələrin təcrübəsi və emprik tədqiqatlar əsasında hazırlana bilər. Azərbaycanda isə əsl alimlər və ekspertlər bu prosesdən kənardadır. Professor Adil Qeybulla indiyə qədər irəli sürdüyü elmi fərziyələrin demək olar ki, hamısı özünü qoğruldub. Amma bir dəfə də olsun onu Nazirlər Kabinetinin Operativ Qərargahına dəvət edib, dinləməyiblər.
Digər tərəfdən də əhali də hakimyyətə inamsızlığı aradan qaldırmaq və karantin rejiminin effektivliyini artırmaq üçün bu müddətdə ehtiyacı olanların maddi və mənəvi tələbatlarını ödəmək məqsədilə 2 iş davamlı olaraq görülməlidir: 1) ünvanlı və birdəfəlik sosial yardım; 2) dürüst və səmimi söhbət. Azərbaycan vətəndaşları təəssüf ki, hər ikisindən məhrumdur.
Bu günə qədər əhalini virusun mövcudluğuna inandıra bilməyən operativ qərargah bütün tərkibi ilə istefa verməli və yenidən təşkil edilməlidir. Əks təqdirdə bu dəfəki karantin rejimi də ciddi effekt verə bilməz. İlk növbədə insanlar arasında inamsızlığı aradan qaldırmaq və ehtiyacı olanların sosial təminatını təşkil etmək lazımdır.
Yaponiyada heç operativ qərargah da yoxdur, amma dürüst və xalqla açıq danışan hakimiyyət və bir də karantin mədəniyyəti olamn yapon xalqı vardır.
Qubad İbadoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.