"Bütün yazılan cərimələr, inzibati həbslər ləğv edilməli, hüququ pozulmuş şəxslərin hüquqları bərpa olunmalı, əhalidən üzr istənilməlidir”

21-06-2020, 09:22           
"Bütün yazılan cərimələr, inzibati həbslər ləğv edilməli, hüququ pozulmuş şəxslərin hüquqları bərpa olunmalı, əhalidən üzr istənilməlidir”
ƏBİB rəsmisi həftəsonu qapanma rejiminin nəticə vermədiyini etiraf edib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva son iki həftəsonu ərzində qapanma rejiminin əks nəticələr verdiyini bildirib.
Yaqut Qarayeva bu açıqlamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səsləndirib.
O, etiraf edib ki, bu qərarla istədikləri nəticəni əldə edə bilməyiblər.
Yaqut Qarayeva deyib ki, daha çox sosial əlaqələrin azaldılması üçün çalışırlar:
"Qohum, tanış fərq etmir, hər kəs yoluxma qaynağı ola bilər".
Yaqut Qarayeva bildirib ki, iyunun 19-dakı statistikanın nəticəsi olaraq Azərbaycanda xüsusi karantin rejimi 1 avqusta qədər uzadılıb.
Hüquqşünas Cavad Cavadov Yaqut Qarayevanın açıqlamasına istinad edərək hökumətin üzr istəməli olduğunu söyləyib:

“İnsanları şənbə-bazar evə qapatmaq qərarının səhv olması etiraf olunursa, o zaman bütün yazılan cərimələr, inzibati həbslər ləğv edilməli, hüququ pozulmuş şəxslərin hüquqları bərpa olunmalı, əhalidən üzr istənilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru