Keçmiş nazirin şirkəti zərərlə işləyirsə, nədən bağlamır? — “İmprotex” rəsmi hesabatda ziyana uğradığını deyir…
4-04-2015, 14:31
Teref.az-ın müstəqil müxbiri Mehman Eldaroğlu yazır ki, “İmprotex” MMC 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə zərərlə işləyən özəl şirkətlərdən biridir. Keçmiş əmək və sosial inkişaf naziri Füzuli Ələkbərova (2006-2013-cü illər) məxsus qrup 2013-cü ilin yekunlarına görə, 58,8 min manat həcmində zərərlə üzləşib. Bu barədə audit edilmiş maliyyə hesabatında deyilir.
Konsolidə edilmiş maliyyə hesabatına görə,
“İmprotex” MMC, həmçinin qrupun digər üç şirkəti (“İmprotex Motors”, “İmprotex Travel Tours and Conferences” və “İmprotex Transexpress”) əsas fəaliyyət növündən (BMW avtomobillərinin satışı və servis, turizm xidmətləri) 3 592 min manat gəlir əldə edib ki, bu da 2012-ci ildə olduğundan 12% azdır. Satışın maya dəyəri 3 115,6 min manat təşkil edib. Lakin inzibati və digər xərcləri, həmçinin banklara faiz ödənişlərini nəzərə alsaq qrup zərərlə üzləşib.
2013 əsas şirkət 351, 8 min manat həcmində divident alıb. Çox güman ki, söhbət şirkətin Azərbaycan Beynəlxalq Bankı ASC-dəki payından gedir. Bu qrupun digər qurumu (“İmprotex” kiçik müəssisəsi) da ABB səhmdarları sırasında olub, lakin 2013-cü ildə ləğv edilib.
Dekabrın 31-nə olan vəziyyətə görə, “İmprotex” MMC-nin ödənilməmiş zərəri 824 min manatadək enib. Üç il qrupun maliyyə itkisi 1 280 min manat təşkil edib.
Qeyd edək ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrinin məlumatına görə, Ələkbərovlar ailəsi başqa müəssisələrə da sahibdirlər k, bunlar “İmprotex” qrupuna birbaşa aid deyil. Onların arasında “İmprotex Trucks and Buses” MMC, “İmprotex İndustries”, “İmprotex Marine and Sport Fasilities”, «İmrex Co LTD», “İmprotex Trading”, “İmprotex Commers”, “İmprotex Production” kiçik müəssisələr və s. var.
Mehman Eldaroğlu