Saatlıda camaatın pulları əllərindən alındı: - Bankir aranı qatdı...

8-02-2016, 13:39           
Saatlıda camaatın pulları əllərindən alındı: - Bankir aranı qatdı...
Saatlıda əhali ilə «Kapital» Bankın yerli filialının rəhbəri Sakit Zahidov arasında iki gündür mübahisə yaşanır. Rayondan JAM.AZ-a verilən məlumata görə, mübahisəyə səbəb bank rəhbərinin atdığı addımlardır.

Belə ki, «Kapital» Bankın Saatlı filialının rəhbəri Sakit Zahidov kredit verdiyi rayon sakinlərinin maaşlarının hamısını kredit borcuna tutub. Və bu zaman vətəndaşların heç bir razılığını almayıb. Onların hesablarına qeyri-qanuni müdaxilə edən filial direktoru bununla narazılığın əsasını qoyub. Camaat maaş kartlarından dolanışıqları üçün pul çıxarmaq istədikdə, hesablarında pulun olmadığını görüb banka üz tutublar. Və məsələ orada aydınlaşıb, məlum olub ki, Sakit Zahidov camaatın hesablarına qeyri-qanuni müdaxilə edərək, onların pullarını kredit borclarına çıxıb.

JAM.AZ-a məlumat verən sakinlərin dediyinə görə, bu özbaşınalıqla bağlı Saatlı İcra Hakimiyyətinə üz tutublar. Lakin icra başçısının müavini İlham Quliyev narazı sakinlərə bildirib ki, onların bankın fəaliyyətinə müdaxilə etmək səlahiyyətləri yoxdur. Və bu səbəbdən də «Kapital» Bankın Mərkəzi Ofisinə məlumat vermələrini istəyib.

Çar-naçar qalan insanlar yenidən bankın binası qarşısına toplaşaraq, etirazlarını bildirməyə başlayıblar. Sakit Zahidov isə camaatın qarşısına çıxmarayaq, onlara ismarıc göndərib və bildirib ki, bunu ondan Mərkəzi Ofis tələb edib. Camaata da tövsiyyə edib ki, hamı mərkəzə şikayətlərini çatdırsın, onluq məsələ yoxdur.

Qeyd edək ki, Sakit Zahidovun adı bir müddət əvvəl də qalmaqala qarışmışdı. Onun böyük biznesə sahib olduğu, keçmiş icra başçısı Gülhüseyn Hüseynovun qohumu olması səbəbindən bir sıra özbaşınalıqlara yol verdhiyi vurğulanırdı. Sonuncu dəfə isə filial direktorunun adı təqaüd kartı məsələsinə qarışmışdı ki, bu prosesin hələ də davam etdiyi deyilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.