Çovdarov məmur övladlarını necə ram edirmiş... - İlginc iddialar

15-02-2016, 12:19           
Çovdarov məmur övladlarını necə ram edirmiş... - İlginc iddialar
MTN hadisələrindən bir xeyli vaxt keçsə də, istər onun sabiq rəhbəri Eldar Mahmudov, istərsə də onun generallarının əməlləri ilə bağlı ilginc məlumatlar hələ də yayılmaqdadır. Xüsusən də, Mahmudovun «sağ əli» sayılan Akif Çovdarovun şantajlarında yaxından iştirak etmiş müxtəlif təyinatlı obyektlərin adları açıqlanmaqdadır.

JAM.AZ xəbər verir ki, Akif Çovdarov bir sıra iş adamları, habelə bəzi məmurları şantaj edərək, onlardan pul qoparırmış. Hadisələrin gedişatı fonunda bu açıq şəkildə təsdiqini tapdı. Bu işdə Çovdarovun işlərinə yardımçı olan otellərin də sayı az olmayıb. Zaman içində onların bəzilərinin adları açıqlansa da, bəziləri kölgədə qalmağı bacarmışdı. Lakin…

Sahibkarların, habelə məmurların və onların övladlarının şantaj edilməsində Eldar Mahmudov və komandasına yardımçı olmuş yerlərdən biri də «Neapol» olub. Üzdə şadlıq sarayı kimi, görsənən, arxa planda isə daha çox əxlaqsızlıq yuvası kimi çıxış edən bu obyektin sahibləri hələ xeyli əvvəldən Akif Çovdarovla könüllü şəkildə əməkdaşlıq ediblər. Təbii ki, bunun qarşılığını da alıblar.

Mənbələr iddia edir ki, «Neapol»da mövcud olan otaqlarda gizli şəkildə yerləşdirilmiş kameralar vasitəsi ilə ora gələn məmur övladlarının əyləncələrini lentə alıblar. Məlumatlara görə, heç nədən xəbəri olmayan məmurlar və ya onların övladları sonradan generalın tələsinə düşürmüşlər. Və onların qarşısına qoyulan görüntülərin müqabilində pullarını alırmışlar.
«Neapol»un rəhbərliyi göstərdiyi «xidmət»in müqabilində üç istiqamətdə qazanırmış. Birincisi, gələn müştəridən pul alırmış. İkincisi, ləğv olunmuş MTN-in həmin dövrdəki generalları ilə münasibət quraraq, öz obyektlərini qoruya bilirmişlər. Üçüncüsü isə bu «xidmət»in müqabilində «pay» alırmışlar.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.