Rusiyanın Ermənistandakı səfiri Zəngəzura getdi, bəs Rusiyanın Azərbaycandakı səfiri? FOTO
5-06-2021, 07:38
Azərbaycan vətəndaşlarının Kəlbəcərdə minaya düşərək şəhid olduğu sırada Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvandan Zəngəzura gedərək orada “Rusiya qardaş Ermənistanın təhlükəsizliyi üçün hər cür dəstək verəcək” açılamasını səsləndirirdi. Kopırkin Ermənistanda Rusiya sərhədçilərinin sayının və sərhəd məntəqələrinin maliyyə-texniki imkanlarının da artırılacağını bildirdi. Kopırkin ayrıca, Zəngəzur bölgəsinin sosial-iqtisadi problemlərinin həlli üçün Ermənistanla Rusiyanın birgə layihələr həyata keçirəcəyini də sözlərinə əlavə etdi. Aydındır ki, Rusiyanın Ermənistandakı səfiri Kremlin təlimatıyla Zəngəzura gedib və sərhədlə bağlı açıqlamalar verib. Kopırkinin Zəngəzura gedişi və orada verdiyi açıqlamaları Kremlin Azərbaycana mesajı kimi qəbul etmək lazımdır. Bunun qarşılığında Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov nə müharibə dövründə, nə də ondan sonra Bakıdan kənara çıxmadı, işğaldan azad olunan bölgələrdən birinə də getmədi. Rusiyanın Azərbaycandakı səfiri Kremlin təlimatıyla yerindən tərpənmədi və ya misal üçün İtaliya səfiri kimi demədi ki, Azərbaycan jurnalistlərinin minada patlyaraq həlak olmalarıyıa bağlı başsağlığı verir. Elxan Şahinoğlu Teref.az