Hərbi ekspert jurnalistə sərt cavab verdi:"Xocalıya öz həyatını təhlükəyə atıb köməyə gedən Ukraynalı pilotdan utanaydın. "

26-03-2016, 11:46           

Belə Salamun Əleyk a Rəhman Orxan,hansı ki Jurnalistlər birliyinin üzvü,Osman Mirzəyev adına Respublika mükafatı laureatıdır.Modern .az saytında sənin “Savcenko bizə belə əzizdir” başlıqlı yazını oxudum. Əvvəl elə bildim ağzı əmzikli,klaviaturaya təcavüz edib”populyar” olmaq ücün ekstaza düşən südəmər zurnalistlərin yazısıdı bu.Dedim əşşi uşaqdı daa,hələ dünya görməyib,hələ başi ilə qapıya kəllə vurmayıb,dünya görüşü də köhnə soverdən qalan babasının”ayə urus külli cahanın hakimidir” fikirlərindən bir metr cızığı o tərəfə cıxmayıb.Amma mən səhf eləmişəm demə. Bunu sacı-saqqalı jurnalistikada ağarmış,hələ laureat olan,Osman Mirzəyev kimi insanın adını özünə yapmağı rəva bilən bir insan yazıb. Səd əhsən sənə,Əhsən sənin dünya görüşünə,Əhsən sənin siyasətə baxışına,Əhsən sənin müstəqil jurnalistikana. Ünvanı bilsəydim gəlib qarşında başım asfalta dınq eliyənə kimi təzim edərdim.
İndi isə kecək əfsuslara. Rəhman bu yazını yazanda sən hec olmasə əlinlə bədəninin əzalarını yoxlayıb,vicdan axtarışına cıxdınmı? Əzəl başdan sənə deyim ki,hec zaman hec kimi təhqir eləmək fikrim yoxdur. Və bunu sənə başıqırxıq,kompyuter oyununda qəhrəman olan gədə yox,həyatını Azərbaycan torpağının düşməndən təmizlənməsi ücün cəbhələrdə qoymuş,indi isə ici sən qarışıq olan cəmiyyətdə,haqsız-sayğısız Qarabağ müharibəsi iştirakcısı olan bir zabit yazır.Mən məyus oldum ki,sən sacı saqqalı ağarmış bir insan,hələ də “ƏƏ Urusa sataşmayın gəlib bizi zad edər” psixologiyasından qopmamısan. Yaxud qopa bilməmisən. Amma dünya artıq başqa dünyadı baba. “Aya yerdən qışqırıb” terminin də özün kimi köhnəlib,Artıq insanlıq nəinki aya ,hətta başqa planetlərə də qışqırmır,sadəcə rabitə ilə məlumat catdırır. Get biraz texnoloji biliyini artıq. Düzdür 40 da öyrənən məsələsi hələ aktivdir-amma cəhd elə.
Deyirsən “Siz kimsiniz ki Azərbaycana aidiyyəyi olmayan bir məsələ haqda Mosqova qarşısında tələb irəli sürürsünüz?”. Burda sənin beynəlxalq biliyinə bir quş. Cün beynəlxalq konvensiyalara görə ,dünyada hər bir insanın azad fikir bildirmək haqqı var. İstər Mosqova olsun,istər Mosqovanın göbəyində qırmızı meydanda Kremil adlanan komasında oturmuş onun rəhbəri. “Kimin ağlına gəlib bu lazımsız (dövlətimiz və xalqımız üçün...) “ frazanı da özünə qaytarıram. Qardaşım ,dövlət və xalqın adından danışmağa sənin cəkin catırmı? Dövləti deyə bilmərəm,amma xalqın bir qırığı da mənəm. Əvvəl metroların girişindəki tərəzidə özünü cəkdir,sonra mənim adımdan danış. Sənə belə haqq verməmişəm mən.
“..1988-ci ildən başlayaraq ötən 28 il ərzində minlərlə oğul-qızlarımız düşmən tərəfindən məhv edilib, yüzlərlə talesizlərimiz 20 ildən artıqldır ki, erməni əsirliyindəir. Niyə neçə illərdir onların müdafiəsinə qalxıb Rusiya, Amerika, Fransa və digər ölkələrin səfirlikləri qarşısında tələblər qaldırmadınız?” A kişi yatmısan sən? Vallahi qış yuxusunda olmusanmı,yoxsa eynəyin xarab olub? 23 ildir Azərbaycan ictimaiyyəti dünyada tozanaq qaldırıb bunu bütün dünyaya catdırır,diaspora təşkilatları dünyanın azman qurumları qabağında bayrağa bürünüb yatır,piketlər,yürüşlər,aksiyalar edir-amma sən xəbərsizsən? Nənəm deyərdi ki,cox yaşamaq istəyirsən-de: Lalam,karam,koram. Amma səndə ikisi artıq həkim müdaxiləsinə hazırdır. Təhqir eləmirəm haaa,görmürsən dəə,eşitməmisən dəə.
Vallah hərbi ekspert və hərb texnologuyası cörəyi olan bir insan ücün sənin bu frazan mənim ücün ,ən yaxşı komediyaya baxıb qəhqəhə cəkməkdən daha güclü oldu.” Unutmaq lazım deyil ki, bunu istəyib-istəməməyimizdən asılı olmayaraq, Rusiya bu gün hərbi cəhətdən çox güclü, hegemon dövlətdir. Odur ki, Rusiya qarşısında bu gün Amerikanın da “sakit durmağa” məcbur olduğu...” Nə deyim. İndi sənə müasir dünyanın Rusiyanı necə gic Aydəmir kimi doladığını,onu yava it kimi ora bura qisqırdaraq,daxili və xarici imicini zibilqabıya atdığınımı yazım? Yox dedim axı 40 da öyrənən... A kişi bir nəvənin məktəb cantasından dünya atlasını götür və bax ki bu gün Rusiya NATO –nun necə əhatəsindədir. Əyər o xəritədə Rusiya ücün 1 metr dəlik tapsan,gələn jurnalistlərin bayramında şəxsən mən sənə “ Lifan “ verilməsi ücün məsələ qaldıracam.
Qalkdı Nadejda Savcenkoya.. Sən bu böyük anlayışda nəinki pioner,hec oktyabryat da deyilsən. Bu Vətəni işqalda olan insanların vətən uğrunda savaşa,belə kişi qəlbli,azadlıq ruhlu vətənpərvərliyə təşnəsidir-hansı ki səndə yoxdur. İncimə yoxdur dəə. Yoxdan Allah da bezardır.Bu yazını yazanda Xocalıya öz həyatını təhlükəyə atıb köməyə gedən Ukraynalı pilotdan utanaydın. Bizim savaşımızda onlarla Ukraynalı könüllülərdən utanaydın,hər zaman siyasi aləmdə bizimlə olan Ukrayna xalqından utanaydın,Ukraynada Qarabağ deyib hayqıran minlərlə həmvətənlərimizdən utanaydın. Utanmadın. Dedim axı yoxdan Allah da bezardır.
Savcenko Rəhman deyil-Rəhman da Savcenko ola bilməz. Belə olmaq ücün böyük dediyin imperiyaya ,Vətənin,xalqın,elin,oban,ailən və sonda mənəviyyatın ücün”sən alcaqsan” deməyə daxildən gələn vicdan,güc,igidlik lazımdır. Savcenko öz torpağında işğalcıyla cəngə girən bir əfsanədir. Həcər kimi. Sənin yazdığın ici siqaret tüstüsü ilə dolu olan cayxana qeybətindən belə məlum oldu ki,hec kim işğalcıya qarşı haqq səsini ucalda bilməz və biz də haqq savaşımızda haqsızıq. Belə cıxır-mən yozmuram.
Artıq sənə vaxt itirmək-bir insanın öz işlək əlini kəsməsi kimidir. Get elmini artır,kif iyi vermiş “Düşmən dəyirmanına su tökmək “kimifrazaları da tulla zibil qabına,aparsınlar”Təmiz Şəhər” şirkətinə. İndiki dəyirmanlar elektriklə işləyir,su ilə yox-ay mənim texnikadan xəbərsiz,30 cu illərdə ilişib qalmış qardaşım. Amma yox. Səndən mənə qardaş olmaz.
Sonda deyimki bəlkə anladın: Zamanlar kecdikcə insanın həyatda qalması əmsalında bir qəhrəmanlıq lazım olur. Hansı ki insanlar sənin həyatdan izsiz soraqsız getdiyini bilib səni unutmasınlar. Savcenko həmən izli həyatı yaşadı. Onu tarix yaşadacaqdünya durduqca. Amma Rəhman Orxan haqda bunu demək olmaz.Heyif yaşadığın və başa catan həyata.
Həyat bacarmadı bu qədər yaşamında,arzum budur ki Allah səni Hidayət Eləsin. Əstəqfürüllah-Bacarsa....
Abuzər Əbilov. Hərbi ekspert.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.