Əli Əsədov rusiyalı həmkarı ilə nələri müzakirə etdi?

30-12-2021, 07:01           
Əli Əsədov rusiyalı həmkarı ilə nələri müzakirə etdi?
Rusiya Baş naziri Mixail Mişustinlə azərbaycanlı həmkarı Əli Əsədov arasında telefon danışığı olub.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, baş nazirlər Rusiya Federasiyası ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin əhalinin koronavirus infeksiyasına qarşı vaksin olunması məsələlərinə xüsusi diqqət yetirib:

"Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafının aktual məsələlərini, o cümlədən müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini, həmçinin MDB məkanında inteqrasiya fəaliyyətini müzakirə ediblər. Koronavirus infeksiyasına qarşı mübarizəyə xüsusi diqqət yetirilib".

Mişustin və Əsədov həmçinin Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyətinin vacibliyini qeyd ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.