UNESCO Qarabağ xalçalarının oğurlanması ilə bağlı konkret addımlar atmır - Nazir

4-02-2022, 08:58           
UNESCO Qarabağ xalçalarının oğurlanması ilə bağlı konkret addımlar atmır - Nazir
Anar Kərimov bildirib ki, ermənilər abidələrimiz üzərində izlər qoyublar, bununla bağlı hazırda sübutlar toplayırıq.
"Ötən il ermənilər Şuşadan qeyri-qanuni çıxardıqları xalçaları İrəvanda sərgiləmişdilər, hətta xalçalarımızın Şuşadan çıxarıldığını həyasızcasına bəyan belə etmişdilər".
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir bununla bağlı hələ o vaxt dərhal bəyanat verildiyini vurğulayıb:
"Biz UNESCO-ya da müraciət etdik. Orada olan xalçaların Qarabağ xalçaları olduğu faktlarla sübuta yetirildi. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, xüsusilə də UNESCO məsələ ilə bağlı konkret addımlar atmır. Bu da onun siyasiləşmiş təşkilat olmasından xəbər verir. Ancaq bu o demək deyil ki, biz dayanacağıq. Həmin xalçaların hazırda Azərbaycana qaytarılması mümkün olmasa da, qeyri-qanuni olan bir məsələnin pislənməsini gözləyirik".

Ermənilərin saxtalaşdırdığı alban kilsələri ilə bağlı sübutlar toplanır
Anar Kərimov bildirib ki, ermənilər abidələrimiz üzərində izlər qoyublar, bununla bağlı hazırda sübutlar toplayırıq.

İşçi qrupun yaradıldığını deyən nazir, həmin qrupda alban tarixini, mədəniyyətini, yazılarını bilən mütəxəssislərin yer aldığını vurğulayıb:
“Biz həmin mütəxəssislərlə birgə azad edilmiş ərazilərə baxış keçirib sonra növbəti addımlar atacağıq. Bununla bağlı albanşünaslıq sahəsində beynəlxalq ekspertlərə iş aparılır, onların Azərbaycana dəvət edilməsi planlaşdırılır. Bildiyiniz kimi, təhlükəsizlik baxımından həmin ərazilərə gedə bilmirik. Növbəti mərhələlərdə həm yerli, həm də beynəlxalq mütəxəssislərlə birgə erməniləşdirilmiş alban abidələrinin olduğu ərazilərə gedəcəyik və saxtakarlıqları sənədləşdirib beynəlxalq ictimaiyyətə təqdim edəcəyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.