Onun gedəcəyini deyirdilər, amma... - Nazir postuna hazırlanır...

9-05-2016, 13:46           
Onun gedəcəyini deyirdilər, amma... - Nazir postuna hazırlanır...
Neçə müddət idi ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin vəzifəsindən alınacağı iddia olunurdu. Bununla bağlı müəyyən informasiyalar da yayılmışdı. Xəbərlərdə deyilirdi kİ, artıq "yuxarıların" etimadını itirən baş gömrükçüyə hətta əvəz də tapılıb.

Lakin son günlər situasiya kifayət qədər dəyişib. Aydın Əliyevi cəzalandırmırlar, əksinə, mükafatlanması belə gözlənilir.

Bu barədə DİA.AZ-a verilən informasiyada qeyd olunur ki, DGK sədrinin baş nazirin müavini və yaxud da nazirliklərdən birinə rəhbər təyin olunması gözlənilir.

Mənbənin dia.az-a söylədikləri: "Aydın Əliyevin yerinə də təyin olunacaq kadrın kimliyi məlumdur. Dəyişiklik yaxın vaxtlara təsadüf edəcək".

Bizi izləyin. Detallı, geniş materialımız olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.