Aİ Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası platformasını Azərbaycanda təqdim edib

10-10-2022, 12:35           
Aİ Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası platformasını Azərbaycanda təqdim edib
Avropa İttifaqı (Aİ) və Beynəlxalq Ticarət Mərkəzi (BTM) Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AzPromo) ilə birgə Azərbaycanın biznes ictimaiyyəti üçün Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasını istifadəyə verib.

ŞT Ticarət Yardım Masası platformasının (eap.tradehelpdesk.org/az), yeni istifadəyə verilmiş Azərbaycan versiyası vasitəsilə dövlət və özəl subyektlər ŞT regionu ölkələri və Aİ ilə ticarətin artmasına töhfə verə biləcək istifadəçi dostu ticarət kəşfiyyatına çıxış əldə edə bilərlər.

"Aİ, növbəti beş il ərzində 94 milyon avro dəyərində potensial ixrac artımı ilə Azərbaycanın aparıcı ticarət tərəfdaşı, həmçinin ən böyük ixrac və idxal bazarıdır", - deyə bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.