İlqar Məmmədov Əli Kərimlidən hesab sorur: Sizin hakimiyyətlə gizli dialoqunuz…

20-10-2022, 07:59           
İlqar Məmmədov Əli Kərimlidən hesab sorur:
"AXCP sədri Əli Kərimlidən öyrənmək istəyirəm: bazarertəsi oktyabrın 24-də Milli Məclisdə "Partiyalar haqqında” qanuna dair geniş dəyirmi masanın, təxirə salınmış həmin o dəyirmi masanın keçiriləcəyi haqda məlumatı hakimiyyət daxilindən Sizə kim ötürüb? Özü də, həmin məlumat bizə, yəni hakimiyyətlə dialoqda olan partiyaya hələ gəlib çatmamış!”.

AzToday.az xəbər verir ki, bu sözləri ReAL partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb. O, Əli Kərimlini 24 oktyabrda Milli Məclisdə "Partiyalar haqqında” qanun layihəsinə dair ictimai dinləmənin keçiriləcəyi günə bilərəkdən mitinq planlaşdırmaqda ittiham edib:

"Təcili olaraq o bazarertəsinə mitinq təyin etmək və gündəmi sözügedən müzakirədən yayındırmaq ideyasını da məlumatı Sizə ötürən şəxs verib, yoxsa öz təşəbbüsünüzdür? Bu mövzuda özünə hörmət edən bir studiyada canlı efirdə ikitərəfli müzakirəyə də hazıram. Sizin hakimiyyətlə gizli dialoqunuz mənə REAL-ın hakimiyyətlə şəffaf dialoqundan hazırda daha maraqlı görünür”, – deyə İ.Məmmədov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru