Yeni Agentlikləri müstəqil hesab etmək olarmı ?

25-10-2022, 08:58           
Yeni Agentlikləri müstəqil hesab etmək olarmı ?
Ötən həftə Prezidentin fərmanları ilə xeyli müddətdir ki gözlənilən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnamələri təsdiq edilib.
Hər iki Agentlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.
Sənədlərlə ilkin tanışlıq onu göstərir ki, Nazirlik xeyli "xəsislik" edərək səlahiyyətlərin çox hissəsini Agentliklərə vermək istəməyib
Teref.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumu (AİF) prezidenti Osman Gündüz deyir. Daha sonra Osman Gündüz fikirlərini davam etdirərək deyir:
Nizamnamələrdəki bəndlərdən görsənir ki, Agentliklər bir çox əsas məsələləri Nazirliklə razılaşdırmaqla həyata keçirə biləcəklər.
Yəni, bu Nizamnamələrlə fəaliyyət göstərməli olacaq dövlət qurumlarının müstəqilliyindən söhbət açmaq doğru olmazdı.
Belə halda, sektordakı vəziyyət həm də Agentliklərin rəhbərlərinin kim olacağından daha çox asılı olacaq.
Maraqlıdır ki, ləğv edilən keçmiş İnnovasiyalar Agentliyinin nizamnaməsində olan bir çox müddəalar, xüsusən də innovasiya sektorunda "nəzarət və tənzimləmə" funksiyası yeni yaradılan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyin Nizamnaməsindən çıxarılıb.
Yəni, belə anlaşılır ki, yeni qurumun sektorda tənzimləmə səlahiyyəti olmayacaq.
Amma istənilən halda düşünürəm ki, xeyli geciksə də , sektorlar üzrə bu cür qurumların formalaşması irəliyə doğru addım kimi dəyərləndirilə bilər.
İnanıram ki, yeni dövlət qurumları öz sahələrində xeyli irəliləyiş yarada biləcəklər.
Sektorda isə həllini gözləyən xeyli problemlər var.
Həm real -faktiki vəziyyət, həmdə beynəlxalq qurumların hesabatları göstərir ki, ölkədə rəqəmsal sektorda və innovasiyalar sahəsində, rəqəmsal transformasiyada müəyyən addımlar atılsa da görüləcək işlər daha çoxdur.
Müşahidələr və rəqəmlər göstərir ki, qonşu ölkələr bu sahədə daha sürətli irəliləməyə çalışırlar.
Ümud edirəm tezliklə yeni yaranan Agentliklərin rəhbərliyi və strukturları təsdiqlənəcək və qurumlar bütün maraqlı tərəfləri cəlb etməklə fəaliyyətə başlayacaqlarOsman Gündüz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru