Cənubi Qafqaz uğrunda dünya güclərinin rəqabəti qızışır

25-10-2022, 17:07           
Cənubi Qafqaz uğrunda dünya güclərinin rəqabəti qızışır
Cənubi Qafqaz uğrunda dünya güclərinin rəqabəti qızışır: Azərbaycan-Ermənistan münaqişəsinin həlli Vaşinqton, Brüssel və Moskva uçbucağı arasında dalana dirənib, ancaq…
Vaşinqton və Brüssel Rusiyanı Cənubi Qafqazdan çıxartmaq istəyir.Artıq Ukraynadan qovublar. Ümumiyyətlə, SSRİ dağılandan Rusiya itirə-itirə gedir.
Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün Vaşinqton və Brüssel imkan daxilində birgə hərəkərt edir. Rusiya rəsmiləri bunu açıq şəkildə etiraf edirlər. ABŞ Gürcüstanı Rusiyanın əlindən alıb. Düzdür, Rusiya da Gürcüstanın bir hissəsini separtaçıların vasitəsi ilə əl keçirib.Şübhəsiz ki, Avropa Birliyi və ABŞ Azərbaycan və Ermənistanı da Rusiyanın caynağından qoparmaq istəyir. Heç şübhəsiz ki, Qərb Ermənitana və ya Azərbaycana ürəyi yandığına görə belə etmir. Onlar öz təsir dairələrini genişləndirmək niyyətindədirlər. Ancaq bu, pozitiv prosesdir. Niyə? Çünki Rusiya ilə müqayisədə Qərb son dərəcə proqresivdir.Təbii ki, Azərbaycan da, Ermənistan da imkan daxilində Rusiyadan uzaqlaşmağa, Qərb ilə isə yaxınlaşmağa çalışırlar.Niyə? Çünki Qərbə yaxınlaşmaq inkişaf, tərəqqi deməkdir. Feodal təfəkkürlü Rusiya isə geriliyin mücəssəməsi kimi ortadadır...
Hazırda Ermənistan-Azərbaycan münaqişəsinə Vaşiqton, Brüssel və Moskva müdaxilə edir. Paris, Tehran və Ankara da bu münaqişəyə təsir göstərmək gücünddir.
O da aydındır ki, Ermənistan-Azərbaycan münaqişəsini hər bir ölkə öz marağından çıxış etdərək həll etməyə çalışır. Hazırda Cənubi Qafqazda söz sahibi Rusiydır, qismən Tükiyədə ortadadır. Bəlli səbəblərdən Cənubi Qafqazda Rusiyanın təsir dairəsi zəifləyir, Türkiyə isə getdikcə güclənir. İran da bölgədə söz sahibi olmağa çalışır. Obrazlı şəkildə desək, geri çəkilən Rusiya itirdiyi yüksəklikləri İrana buraxır. Rəsmi Moskva düşünür ki, Türkiyəyə baxada onun üçün İran daha yaxşıdır. Niyə? Çünki müəyyən bir dövrdən sonra Rusiya güclənə bilər. Bax onda Cənubi Qafqaza qayıdan Rusiya orada İranı görməkdə maraqlıdır. Çünki Türkiyə bu bölgəyə girsə, çıxmayacaq. Türkiyənin bölgədə Azərbaycan kimi dominat gücə sahib mütəfiqi var. Ən asası isə bu mütəfiqlik qan yaddaşına söykənir...
Aydın görünür ki, vəziyyət çox mürəkkəbdir. Qərb təkcə Rusiyanı bölgədən vurub çıxarmaq istəmir. Cənubi Qafqazda Türkiyə və İranın da söz sahibi olması Qərbin maraqlarına cavab vermir...
Qeyd etdiyim və etmədiyim bütün bu faktorlar toplusunu nəzərə alaraq Azərbaycan Ermənistanla danışıqlar aparır.Dünyanın fərqli siyasi güc mərkəzlərinin fərqli maraqlarını tənzimləmək üzərindən öz maraqlarını həyata keçirmək son dərəcə mürəkkəb işdir. Çünki ortada ciddi ziddiyətlər var və bu ziddiyətləri neytrallaşdırmaq da asan məsələ deyil.
Hal-hazırda Vaşinqton, Brüssel və Moskva Ermənistan-Azərbaycan münaqişəsinin həllində arbitr rolunda çıxış edir. Faktiki olaraq ATƏT-in Minsk qrupu yenə fəaliyyətdədir. Sadəcə, Parisin yerini Brüssel tutub. Mənim baxışıma görə, Brüssel müstəvisi Azərbaycan üçün daha münasibdir. Ancaq nə Azərbaycan, nə də Ermənistan Vaşinqton və Moskvadan münaqişənin həlli ilə bağlı gələn çağırışlara “yox” deyə bilmir. Kiçik ölkələrin də belə problemləri var...
O da aydındır ki, Vaşinqton, Brüssel və Moskvanın Ermənistan-Azərbaycan münqaişəsinə aşırı maraq göstərməsi rəsmi Bakı və İrəvana manevr imkanları verir. Mənim baxışıma görə, rəsmi Bakı Vaşinqton, Brüssel və Moskva arasında olan ziddiyətlərdən məharətlə yararlanır, ən azı buna çalışır. Ermənistan da bacardığı qədər bu ziddiyətlərən istifadə edir...
Ancaq bir şey dəqiqdir. Azərbaycan nə qədər güclü olsa (siyasi, iqtisadi, hərbi... baxımdan), onun səsi daha ucadan gələcək. Elə gəlir də. Azərbaycanın daxilində, tutaq ki, Ermənistanda olan düşmən xarakterli cəbhələşmənin olmaması da rəsmi Bakıya ciddi üstünlük verir...
Cənubi Qafqaz uğrunda dünya güclərinin rəqabəti qızışır: Azərbaycan-Ermənistan münaqişəsinin həlli Vaşinqton, Brüssel və Moskva uçbucağı arasında hələki dalana dirənib. Ancaq bu ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ehtimalı çox yüksəkdir...
Elbəyi Həsənliu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru