Ümidsizlərə ümid qapısı olan “ ÜMİD TİBB MƏRKƏZİ”
27-10-2022, 08:05

Göygöl şəhəri, Aydın Hacıyev küçəsi, 93 ünvanında ” “ÜMİD TİBB MƏRKƏZİ” yerləşir.
“ ÜMİD TİBB MƏRKƏZİ”-ni 26 il Göygöl Rayon Mərkəzi Xəstəxanası-nın baş həkimi işləmiş, Respublikanın əməkdar həkimi Ömərov Hamlet İsmayıl oğlu yaratmışdır.
Bu tibb mərkəzi həqiqətəndə umidsizlərə ümid verdi. Hamlet həkimin başçılığı ilə həkim kollektivi nəinki Göygöl rayonunda, hətta ətraf rayonlardan belə gələn xəstələrə xidmət göstərir və onların ümidlərini doğruldurlar.
Respublikanın əməkdar həkimi H.İ.Ömərovun başçılıq etdiyi bu klinikada təcrübəli həkim kollektivi xəstələrə hər cür ambulator yardımlar edir və onları sağlamlığına qovuşdururlar.

Pandemiya dövründədə rayonun bu xəstəlikdən minimal zərər çəkməsində “ ÜMİD TİBB MƏRKƏZİ”-nin xidməti az olmayıb.
Hamlet həkim 44 günlük savaşdada Dövlətinə və Millətinə sədaqət nümayiş elətdirdi.
Müdafiə Nazirliyinə, cəbhəyə maddi yardımlarını əsirgəmədi. "Xalq bir olsa zərbi kərən sındırar!" deyərək ordumuzun qələbəsi üçün əlindən gələni etdi.
Bundan başqa Hamlet həkimin qərarı ilə şəhid ailələrinə və qazilərə “ÜMİD TİBB MƏRKƏZİ” –ində pulsuz xidmət göstərilir.

Hamlet həkim bütün ömrü boyu hansı vəzifədə çalışmasından asılı olmayaraq Dövlətinə, Millətinə qulluq etməyi özünə borc bilib.
Bu özəlliyinə görə onu rayon əhalisi bir ağsaqqal kimi qəbul edir və həmişə onun məsləhətlərinə arxalanırlar!
Teref.az