Tarif Şurası internet və xüsusi radiorabitə tarifləri ilə bağlı qərar qəbul edib

26-10-2022, 17:18           
Tarif Şurası internet və xüsusi radiorabitə tarifləri ilə bağlı qərar qəbul edib
Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet, xüsusi radiorabitə, “AzStateNet” fiber optik şəbəkəsindən istifadə və digər xidmətlər üzrə tariflərə baxılması ilə bağlı müraciətinə baxılıb.

Müraciətdə dövlət qurumlarının etibarlı rabitə ilə təmin edilməsi üçün yeni xidmətlərin yaranmasına və onlara çəkilən xərclər nəzərə alınmaqla tarif tənzimlənməsinə zərurət yarandığı bildirilib.

Xidmətlə bağlı son tarif tənzimləməsinin 24 noyabr 2011-ci il tarixində həyata keçirildiyi nəzərə alınaraq təklif olunan tariflərin qəbul olunması məqsədəuyğun hesab edilib. Bu xidmətlər yalnız dövlət orqanlarına göstərildiyi üçün bu tariflər əhaliyə və sahibkarlıq subyektlərinə şamil edilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru