Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsini məhkəməyə verib

28-10-2022, 17:14           
Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsini məhkəməyə verib
"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsini məhkəməyə verib.
TEREF.AZ Bakupost.az-a istinadla xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsinin Əvəz Zeynallının ailəsi ilə görüşünə və telefon danışıqlarına məhdudiyyətin aradan qaldırılması ilə bağlı vəsatətə 4 noyabr, saat 11:00-da Binəqədi Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, sentyabrın 7-də haqqin.az saytı Əvəz Zeynallının Rasim Məmmədovun ailəsini şantaj edərək 20 min manat pul alması barədə məlumat və səs yazısı yayıb.
Bununla əlaqədar Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb, Əvəz Zeynallı və Rasim Məmmədovun vəkili Elçin Sadıqov həbs olunub.
Sentyabrın 17-də isə məhkəmə Elçin Sadıqovun həbsdə qalması üçün əsaslar olmadığı qənaətinə gələrək onun ev dustaqlığı şərti ilə azadlığa buraxılmasına qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru