Kremldə Almaniyaya nüvə zərbələri müzakirə olunub…” - “Həmçinin Ramştayna…”

29-10-2022, 12:45           
Kremldə Almaniyaya nüvə zərbələri müzakirə olunub…” -
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən bir neçə həftə əvvəl Rusiya ordusunda Almaniyaya nüvə hücumu ehtimalı müzakirə olunub.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu barədə oktyabrın 28-də “Spiegel” nəşri Qərb kəşfiyyat orqanları tərəfindən ələ keçirilən Rusiya Hərbi Dəniz Qüvvələrinin radio-danışıqlarına istinadla yazır.

Nəşrin məlumatına görə, radio-tutmalar 2021-ci ilin sonunda Rusiya donanmasının Baltik dənizində manevrləri zamanı edilib. Rusiya ordu rəhbərləri Almaniyada əsasən 3 hədəfə nüvə zərbələri endirilməsindən danışıblar: Berlin şəhəri və bu ölkədəki ABŞ-ın iki hərbi hava bazası - Ramşteyn, eləcə də ABŞ ordusunun nüvə silahı saxladığı Büxel…

"Spiegel"in danışdığı mütəxəssislər kəşfiyyatın ələ keçirdiyi informasiya ilə bağlı fikir ayrılıqlarını ifadə edib. Bəziləri hesab edir ki, nüvə silahından istifadə tez-tez hərbi təlimlərdə müzakirə edilir və şərti təlim edilir; NATO-da da eyni təcrübə var. Onlar real təhlükəni təmsil etmirlər. Digər analitiklər isə hesab edirlər ki, ruslar Qərbi qorxutmaq üçün dinlənildiklərini bilə-bilə zərbə hədəflərini qəsdən müzakirə ediblər…

Bu fonda "Spiegel" üçün "Civey" sorğusu göstərir ki, almanların 51%-i nüvə müharibəsinin başlanması ehtimalından narahatdır. Onların 57%-i Rusiyanın Ukraynaya, 37%-i isə Almaniyaya zərbə endirməsindən qorxur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru