Əflatun Amaşov jurnalistləri məsuliyyətli olmağa çağırdı

27-05-2016, 22:37           

teref.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ə.Amaşov "Təməl” verilişində danışıb. O, baş verən bütün hadisələrin işıqlandırılmasında jurnalistlərin məsuliyyət daşıdığını bildiri. "Baş verən olayları mətbuatda biz əks etdiririk. Eyni zamanda hadisələrin hara getməsi ilə bağlı bir məsuliyyət daşıyırıq. Məsələn, hər hansı bir hadisə ilə bağlı jurnalist məlumat verir, ancaq o hadisənin fəsadları ilə bağlı məsuliyyəti jurnalist daşıyır. Hər hansı bir qadının özündən 10 yaşlı kiçik insanla evlənməsi normaldır. Bu, onların öz şəxsi həyatlarıdır. Mətbuat bu sayaq məqamlarda çox diqqətli, həssas olmalıdır. Məsələn, Şamaxıda baş verən hadisə. Hadisənin mahiyyətinə varmadan, o hadisənin necə baş verdiyini bilmədən, qızla bağlı yalançı müsahibə düzəltmək, onun dilindən açıqlamalar vermək, həmin məqamları ictimaiyyətə çatdırmaq bunlar medianın təcrübəsizliyindən doğur”. Ə.Amaşov qeyd edib ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırıldıqdan sonra kiçik bir məlumat verə bilər. "Ancaq onların adlarının hallandırılması birmənalı qaydada Azərbaycanda qüvvədə olan qanunlara zidd olan hərəkətlərdir. Azərbaycan jurnalistlərinin qəbul etdiyi peşə-davranış qaydalarına zidd hərəkətlərdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru