Ana 18 yaşındakı oğlunu çiynində bayraqla hərbi xidmətə yola salır, oğul yenə bayrağa sarılmış halda evə göndərilir
31-05-2016, 09:43
Şəhid Quliyev Mahir Qadir oğlunun vaxtilə özünün yazdığı bir postu dostu İlkin Tomar paylaşıb. İstədim, siz də oxuyasız, adamın tükləri farağat durur...
"Bu məmləkətdə çox vaxt əxlaqı yüksək olanın beyni pozğun olur.. Yəni daxilində nə qədər düzgün olsan da, gördüklərin beynini səhv yönə meyl etdirir..
Ana 18 yaşındakı oğlunu çiynində bayraqla hərbi xidmətə yola salır, oğul yenə bayrağa sarılmış halda evə göndərilir, amma çiynində yox, kəfən əvəzi.. Adı da olur "şəhid".. Təbii ki, belə də olmalıdı.. 18 yaşında dalı soyuq yer görməmiş bir uşaq gedib elə səngərdə öləcək, nəinki düşmən gülləsi ilə..
Qardaş, pulun çoxdusa yaşayacaqsan.. Necəki pulu çox olan papaların balaları yaşayır.. Sən səngərdə düşmən gözləyəndə, o sifariş verdiyi pitsa'nı gözləyər.. Sən cəbhədə postu dəyişəndə, o dəliqanlı yataqda qız dəyişər..
Belədi, kasıbın oğlusansa, vətən səni sevməz.. Sən nə nazir ola bilərsən, nə deputat, nə də önəmli bir iş adamı.. Sən şəhid ola bilərsən, tv'də xəbər olsun deyə.. Sən işsiz fəhlə ola bilərsən, statiskalar səni hesablasın deyə.. Sən evə əliboş gəlməlisən, uşaqlarının gözləri dolsun deyə..
Düşünməklə, yazmaqla nəsə dəyişmir.. Mən yazıb sakitləşirəm, siz oxuyub təsirlənirsiz, varlı kef edir, kasıb da əziyyət çəkir..
Ordumuz güclüdür? Yox, ordumuz 1994-cü il təvəllüdlü 3 ayın əsgərini öldürəcək qədər gücsüz və zəifdir... Öz əsgərini!
Nə çıxsa sosial şəbəkələrdəki yazılardan, şuürlu gənclərdən çıxacaq. Kanallardan bir şey gözləməyin mənası yoxdu. Onlar "bilmirəm, görmədim, eşitməmişəm" funksiyasını yerinə yetirirlər!"
Kim nəcür başa düşür düşsün! Reallıq bəzən çox acı olur.
teref.az