Fitrə “inflyasiyası”, və ya Qafqaz Müsəlmanları İdarəsi inflyasiyanı Statistika komitəsindən daha doğrumu hesablayır?!

22-04-2023, 11:24           
Fitrə “inflyasiyası”, və ya Qafqaz Müsəlmanları İdarəsi inflyasiyanı Statistika komitəsindən daha doğrumu hesablayır?!
Hər il Mübarək Ramazan ayının sonunda Qafqaz Müsəlmanları İdarəsi fitrə-zəkatla bağlı tövsiyyələrini açıqlayır, bu məsələnin tarixi-fəlsəfi tərəfləri qalsın bir qırağa, bu ayrı, daha böyük mövzudur, amma məhz rəqəmsal tərəfini incələyənda maraqlı bir məqam diqqət çəkir.
Son 10 ili götürsək 2013-cü ildə Qafqaz Müsəlmanları İdarəsi firtə pulunu ailədə adambaşı 3 manat tövsiyyə edib, 2014-cü ildə də bu rəqəm dəyişməyib, 2015-dən manatın kəskin 3 devalvasiyası baş verdikdən sonra fitrə pulunun adambaşına 5-10 manat arası çıxarılması məsləhət olunub, 2021-2023-cü illər arası isə bu rəqəm 10-15 manat arası dəyişib.
Belə çıxır ki, Qafqaz Müsəlmanları İdarəsinin hesablamalarına görə son 10 ildə Azərbaycanda qiymətlər 3 dəfə artıb, çox böyük inflayasiya qeydə alınıb, amma rəsmi Statistikaya və hökumətin rəsmi sənədlərinə görə son 10 ildə hər il ortalama inflyasiya 6% civarında olub.
İllər üzrə isə rəsmi inflyasiya rəqəmləri belədir: 2013-cü il – 2,4%, 2014-cü il – 1,4%, 2015-ci il – 4%, 2016-cı il – 12,4%, 2017-ci il – 12,9%, 2018-ci il – 2,3%, 2019 - 2,6%, 2020 - 2,8%, 2021 – 13,8%, 2022 – 13,9%.
Rəqəmlər də deyir ki, Qafqaz Müsəlmanları İdarəsi inflyasiyanı hökumətdən daha insaflı, Allahdan qorxaraq hesablayır...
Bir daha bütün inaclı, nəfsinə sahib çıxan insanları Mübarək Ramazan münasibəti ilə təbrik edirəm.
Natiq Cəfərov
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru