“Azərkosmos”un müəmmalı süqutu: Ehtimallar və fərziyyələr...

22-04-2023, 16:11           
“Azərkosmos”un müəmmalı süqutu: Ehtimallar  və fərziyyələr...
“Azərkosmos” açıqlama yayıb ki, “Azersky” peykimiz fəaliyyətini vaxtından tez bitirib. Xəbər ölkədə geniş müzakirələr yaratdı . Qurumun açıqlamasına görə peyklə əlaqələr qəflətən kəsilib və istehsalçı şirkət olan Fransanın "Airbus Defence and Space" ilə birgə çalışsalar da “AzerSky” ilə rabitə qurmaq mümkün olmayıb. 2014-cü ildə ( bilmirəm, hansı səbəbdən 2014-cü il yazılıb, amma peyk orbitə 2013-cü il 8 fevralda qaldırılıb) orbitə qaldırılan peykin istismar müddətinin başa çatmasına isə bir il qalmışdı,(Əslində isə peyk orbitə qaldırılarkən rəsmilər məlumat verdi ki, "Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir. Hətta gözlənilirdi ki, onun resursları aktiv fəaliyyət üçün daha bir-iki il də yetərli olacaq.
"Azerspace-1"-in yaradılması, təsnifatı, təyinatı
Məlumat üçün bildirək ki, Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuşdu.
Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır. Çəkisi: 6521 kq, ölçüləri: Tam açılmış halda peykin ölçüləri: 23,6 m x 8,9 m x 5,6 m-dir.
"Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulmuşdu. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanırdı.Yuxarıda qeyd etdiyimiz kimi "Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir.
Telekommunikasiya peyki olan Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edillirdi. Peykin ərsəyə gəlməsi üçün 230 milyon manat xərc çəkildiyi deyilir. Bu məbləğin 15 faizi dövlət büdcəsindən, qalanı kreditlərlə ödənilib.
Fransanın COFACE İxrac Kredit Agentliyindən 98 milyon ABŞ dolları və ABŞ İxrac-İdxal (US Ex-İm) Bankının zəmanəti ilə BNP Paribas bankından 116.6 milyon ABŞ dolları məbləğində kreditlər götürülüb. Kreditlər müddəti on ildir. Kredit ödənildikdən sonra peykin istismarı xalis gəlir gətirməyə başlayacaq.
Görəsən nə baş verib?
Hazırda , "Azerspace-1"-in fəaliyətinin dayandırılması ilə bağlı bir çox fərziyyələr social şəbəkələrdə olsa da, hələlik məsələyə rəsmi münasibət bildirilməyib. Bu da bir çox dedi-qodulara səbəb olub.
Bu mövzuda bizim fərziyyələrimizi də nəzərə almağınızı müzakirə etməyinizi istərdik.
1 .FRANSA AMİLİ- Son zamanlar Fransa dövlətinin, konkret olaraq Fransa prezidenti E. Makronun və department nümayəndərinin Azərbaycana hücumu kəskinləşib və artıb. Ötən ilin noyabrında Senat Fransa Konstitusiyasının 34-1-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib. İclasda iştirak edən 296 nəfərdən 295-i layihənin lehinə, 1 nəfər əleyhinə səs verib.Qətnamə layihəsində "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi" tələb olunub. Bundan başqa 295 senatın hər biri Fransanın Azərbaycana silah satmasının dayandırılmasını tələb edib. Makron isə Azərbaycanı Ermənistana hücumunu Rusiyanın təşkil etdiyini bildirdi . Erməni lobbisinin ən çox kök saldığı və rahat işlədiyi Fransada dövlət başçısı “Fransa Ermənistanı tək qoymayacaq” deyirsə, burda müəyyən məqamlar olduğunu aydın görmək mümkündür. Yəni, bir dövlət başçısı başqa bir dövləti sətiraltı hədələyirsə burda mütləq bir iş-əməl hərəkət olacaqdır. Yeri gəlmişkən, Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edilməsini də yadınıza salaq.
Müsahibə zamanı jurnalist Makrona Aİ –ın Azərbaycanda qaz idxalını xatırladarkən fransalı lider “bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilməz” . Fransanın Ermənistana 30 ildir verdiyi dəstək, 44 günlük müharibədəki fəaliyyəti haqqında uzun uzadı yazmağı artıq hesab edirik. Bu haqda hamınız bilirsiniz. Amma Azərbaycan Respublikasının Prezidenti həmkarı Makronun layiqli cavabını verməsi və susdurması Makronu daha çox sancılada bilər ki, Azərbaycana daha ağır zərbə ilə “yaralasın” . Bilirsiniz ki, “Azerkosmos”un Vətən müharibəsi dövründə keyfiyyətli fəaliyyəti də danılmazdır Prezidentin qeyd etdiyi kimi, bizim peyklər 44 günlük müharibə dövründə ölkəmizə çox böyük faydalar verdi. Sizcə, “Azerkosmos”un iş prinsipləri Fransanın əlindəykən, Makron və senat üzvləri bu gərginliyə susqun qala bilərdilərmi? Həmdə onlar anlayır ki, növbəti Azərbaycan – Ermənistan qarşıurması hər an yenidən alovlana bilər və Ermənistan çətin duruma düşə bilər. Fransanın “Azerkosmos” un fəaliyyətinin dayandırılmasında 55 faiz payı olduğuna inanıram.
2.İRAN AMİLİ- Müsəlman qonşumuzun bizə münasibəti haqqında danışmağa dəyməz zatən bunu 30 ildir görürük, son 3 il isə İranın ölkəmizə qarşı sərgilədiyi psixoloji şiddəti yaşayırıq. İran 19 apreldə Azərbaycanla sərhəddə xüsusi radar sistemləri yerləşdirdiyini və Azərbaycanı “izlədiyini” elan etdikdən 1 gün sonra peyk haqqında həmin məlumat yayıdı. Məhz bundan sonra İran variantı daha gerçək variantlardan biri oldu. Qeyd edək ki, naxçıvanlılar bildirir ki, Naxçıvanın TV ləri gecə-gunduz iranın 32 kanalını yayımlayır heç qarşısını ala bilmirlər çünki dalğalar çox güclüdür bunun üçün güclü avadanlıqlar lazımdır!Mümkündür ki, İran öz kanallarını bütün Azərbaycan ərazisində yayınlasın və bunun üçün qarşı tərəfin imkanlarını məhdudlaşdıracaq addımlar atsın! Qeyd etdiyimiz kimi sərhədyanı ərazilərin, Qarabağ ərazilərinin izlənilməsində “Azerkosmos”un faydasını və fəaliyyətini İran da bilməmiş deyil. Həm də Ermənistanı özünün “qırmızı cizgisi” hesab edən farsların gözünün qarşısında qarşıdurma baş verib və Azərbaycan bu qarşıdurmada həm haqlı , həm də qalib çıxıb. Orbitdə 4-5 peyki olan İrandan qisas tədbiri gözləmək mümkündür . İranın yerdə bizə zərbə vurması hələ ki, reallaşmasa da göydə bunu bacarması təxminimizə görə 35-40 faiz mümkündür.
3. KREDİT AMİLİ-Yuxarıda qeyd etdik ki, Fransanın COFACE İxrac Kredit Agentliyindən 98 milyon ABŞ dolları və ABŞ İxrac-İdxal (US Ex-İm) Bankının zəmanəti ilə BNP Paribas bankından 116.6 milyon ABŞ dolları məbləğində kreditlər götürülüb. Kreditlər müddəti on ildir. Kredit ödənildikdən sonra peykin istismarı xalis gəlir gətirməyə başlayacaq. 15 ilə nəzərdə tutulmuş peykin 9-cu ildə iflas etməsi kredit məsələsinə görə də mümkün ola bilər.
Bu variantlar mənim ehtimal və fərziyyələrimdir. Bu fərziyyələrə ABŞ- da qoşa bilərəm və kifayət qədər buna səbəb olacaq predmetlər var.Məsələn ABŞ senatorlarının Azərbaycana qarşı mənfi münasibətini Fransa senatorlarından heç də fərqlənmir.Üstəgəl ABŞ prezidentinin və 50 ştatın rəsmən tanıdığı uydurma “erməni soyqırımı” qərəzi Türkiyənin yanında yer almış Azərbaycana qarşı qərəzdir. 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişini də bura əlavə etsək, yarıtmaz ATƏT-in Minsk qrupunun üzvü olan ABŞ və Fransanın Azərbaycana qarşıə siyasətinin bir-birindən ayrılmadığını görərik.
Son olaraq İsrailin müdafiə şirkətlərindən biri Azərbaycana iki peyk satacaq.
Sövdələşmə yaxın vaxtlarda baş tutacaq, sazişin ümumi məbləğinin 120 milyon dollar civarında olacağı gözlənilir. Əgər bu xəbər də siz də başqa variantlar yaradacaqsa, bizə yazın...
Əntiqə Rəşid Aslan
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru